FİFA tərəfindən Bakının “İnter” klubuna verilən cəza rəsmiləşib

FİFA tərəfindən Bakının “İnter” klubuna verilən cəza rəsmiləşib
# 27 sentyabr 2016 12:07 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda FİFA tərəfindən “İnter”ə verilən cəza rəsmiləşib.

Ali futbol qurumu sentyabrın 6-da AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib.

“Bankirlər”lə keçmiş futbolçusu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulması göstərilib. AFFA İntizam Komitəsi də bu qərarı təsdiqləyib və bakılıların növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR