Moskvanın "Vnukovo" hava limanından Bakıya həyata keçirilən lou-kost aviaresyinin açılışı olub - FOTOSESSİYA

Moskvanın "Vnukovo" hava limanından Bakıya həyata keçirilən lou-kost aviaresyinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 26 oktyabr 2015 06:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycan Hava Yolları QSC (AZAL) Rusiya paytaxtından Bakıya ilk lou-kost reysini həyata keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, oktyabrın 25-də Moskvanın "Vnukovo" Beynəlxalq Hava Limanından AZAL-a məxsus ilk lou-kost uçuşu gerçəkləşib. Bununla bağlı hava limanında mərasim təşkil olunub.

Mərasimdə çıxış edən AZAL-n Rusiya nümayəndəliyinin rəhbəri Rahib İsayev ilk reysin həyata keçirilməsi münasibəti ilə loukosterlə uçan ilk sərnişinləri təbrik edib. O, “AZAL”ın Rusiya Federasiyasındakı fəaliyyəti ilə bağlı məlumat verib: "AZAL- bu günə kimi Moskvanın "Domodedovo" Beynəlxalq Hava Limanından reyslər həyata keçirib. İndi isə lou-kost, yəni, daha ucuz qiymətə uçuşlar həyata keçirmək məqsədi ilə Bakı-Moskva-Bakı yeni aviareysi açılıb. Bu gün artıq Bakıdan Moskvaya ilk lou-kost reysi həyata keçirilib. İndi isə Moskvadan Bakıya ilk uçuş gerçəkləşir. Bu reys həftənin bütün günləri "Vnukovo" hava limanından Moskva vaxtı ilə 18:10-da "Airbus A320" tipli təyyarələrlə həyata keçiriləcək. İlk reyslə 167 nəfərin Bakıya uçması AZAL-ın loukoster reysinə marağın böyük olduğunu göstərir".

Rahib İsayev Moskva-Bakı-Moskva lou-kost reysi üzrə uçuşun bir tərəfə qiymətinin bütün rüsumlar daxil olmaqla 99 avro təşkil etdiyini bildirib: “Marşrut üzrə hər ayrıca baqaj üçün (23 kiloqramdan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 santimetr olan əl yükünü (8 kiloqramdan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur".

Tədbirdə çıxış edən "Vnukovo" hava limanının baş direktorunun müavini Vladimir Buryak Bakıya açılan yeni reys münasibəti ilə mərasim iştirakçılarını və ilk reysin sərnişinlərini təbrik edib: "AZAL kimi peşəkar aviakompaniyanın "Vnukovo" hava limanından uçuşlar həyata keçirməsini yüksək qiymətləndiririk".

Mərasimdə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Vüqar İmaməliyev və Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də çıxış ediblər. Onlar Moskvadan Bakıya daha aşağı qiymətə uçuşların həyata keçirilməsini Azərbaycan rəhbərliyini tərəfindən Moskvada yaşayan həmyerlilərimizə və Bakıya gəlmək istəyən moskvalılara böyük diqqətin göstəricisi olduğunu söyləyiblər.

Daha sonra lou-kost reysinin rəmzi açılışını bildirən qırmızı lenti AZAL-ın Rusiya nümayəndəsi Rahib İsayev və "Vnukovo" aeroportunun direktor müavini Vladimir Buryak kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR