Gəncədə evdən oğurluq edən üç nəfər tutulub

Gəncədə evdən oğurluq edən üç nəfər tutulub
# 06 mart 2016 20:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluqda şübhəli bilinən üç nəfər saxlanılıb.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhərin Məhsəti qəsəbəsində Nüsrət Hüseynovun evindən oğurluq edən 3 nəfər - Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Emin Kazımov, Goranboy rayon Borsunlu kənd sakinləri 1989-cu il təvəllüdlü Sərxan və 1994-cü il təvəllüdlü Sərvan qardaşları saxlanılıb. Onlar mənzilə daxil olaraq oradan bir xalça və bir paltaryuyan maşın aparıblar.

Faktla bağlı Gəncə şəhər baş Polis İdarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə iş açılıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR