Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb

Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb
# 02 may 2016 20:59 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunu məlumatına görə, hadisə saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş verib.

Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Arzu Vahid oğlunun idarə etdiyi Hyundai ix35 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, avtomobildə olan sürücünün həyata yoldaşı, 1988-ci il təvəllüdlü Qurbanova Asimə Asim qızı, 4 aylıq körpə Qurbanov Vahid Arzu oğlu sınıq və digər xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ailə üzvlərindən iki nəfər- 3 yaşlı Dəniz Arzu qızı və digəri isə yüngül xəsarətlər alıb.

Hadisəyə yağışlı hava səbəb olub. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR