AMB: Kredit təşkilatlarında problemli kreditlərin həcmi il ərzində 42%, avqustda 3% artıb

AMB: Kredit təşkilatlarında problemli kreditlərin həcmi il ərzində 42%, avqustda 3% artıb
# 09 oktyabr 2015 08:24 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 786,9 mln. manat və ya 16,1% çoxdur.

Kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi avqustun 1-ə olan göstərici ilə müqayisədə 91,7 mln. manat və ya 0,45% azalıb.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-ə 1 mlrd. 333,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 394,8 mln. manat və ya 42,05% çoxdur. Problemli kreditlərin həcmi avqustun 1-ə olan göstərici ilə müqayisədə 38,8 mln. manat və ya 3% artıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,6% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR