Abşeronda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Abşeronda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb
# 06 may 2016 05:47 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Abşeronda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA -nın məlumatına görə, hadisə rayonun Fatmayi kəndində qeydə alınıb. "Nissan" və "Daewwo" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü xəsarət alınıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralı Musa Elmirzəyev və Elnur Abbasovu müayinə etdikdən sonra onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

HAdisə yerinə araşdırma aparan polis əməkdaşlarının bildirdiyinə görə, ehtimal olunur ki, qəzaya "Nissan" markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR