Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək

 Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək
# 19 yanvar 2016 08:16 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR