Azərbaycanda cəbhəyə könüllü getmək istəyənlərin sayı artıb

Azərbaycanda cəbhəyə könüllü getmək istəyənlərin sayı artıb
# 05 aprel 2016 12:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olur.

Xidmətdən APA-ya verilən məlumata görə, bu müraciətlər indiyə qədər də olurdu, son günlərdə daha da artıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yüksək vətənpərvərlik hissləri nümayiş etdirən vətəndaşlara minnətdarlığını bildirir və bir daha vurğulayır ki, onlar zərurət yarandığı halda ordu sıralarına çağrıla bilərlər.

Xidmət Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən bütün əmr və tapşırıqları yüksək peşəkarlıqla həyata keçirməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR