Dağıstanda yanacaqdoldurma məntəqəsində yanğın olub, 17 nəfər xəsarət alıb

Dağıstanda yanacaqdoldurma məntəqəsində yanğın olub, 17 nəfər xəsarət alıb
# 18 mart 2016 18:07 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb.

“Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur”, deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR