Sumqayıtda intihara cəhd edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Sumqayıtda intihara cəhd edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB
# 02 yanvar 2020 12:09 (UTC +04:00)

Sumqayıt şəhərində intihara cəhd edən məcburi köçkün xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onkoloji xəstə və yeni əməliyyat olunan 51 yaşlı kişi ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

10:26

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR