Qubada 17 yaşlı qız dəm qazından zəhərlənib

Qubada 17 yaşlı qız dəm qazından zəhərlənib
# 19 dekabr 2019 13:28 (UTC +04:00)

Quba rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı hamamda dəm qazından zəhərlənib. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR