Brüsseldə separatizm mövzusunda beynəlxalq forum keçiriləcək

 Brüsseldə separatizm mövzusunda beynəlxalq forum keçiriləcək
# 23 oktyabr 2017 12:33 (UTC +04:00)

Noyabrın 20-21-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Belçika Krallığının Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlərin iştirakı ilə etnik separatizmin dünyanın müxtəlif regionlarında sülhə və sabitliyə yaratdığı təhlükələrlə bağlı məruzələr dinləniləcək, müasir dövrdə regional və qlobal səviyyədə dövlətlərin ərazi bütövlüyünün pozulması halları, separatizmin nəticəsi olaraq meydana çıxan münaqişələr və separatizm meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək. Əsas panel iclası Avropada separatizm mövzusuna həsr ediləcək. Paneldə Ukrayna, Moldova, İsrail dövlətlərinin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca panel iclasın keçirilməsi də nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Respublikasının dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 300 nəfərə yaxın nümayəndənin iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR