Bakıda 83 yaşlı qadın binadan yıxılaraq ölüb

Bakıda 83 yaşlı qadın binadan yıxılaraq ölüb
# 22 fevral 2017 08:16 (UTC +04:00)

Bakıda ahıl qadın faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 21-də Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR