Cənubi Koreya lideri Tramp və Kim Çen In arasında birbaşa danışıqlara çağırıb

Cənubi Koreya lideri Tramp və Kim Çen In arasında birbaşa danışıqlara çağırıb
# 25 may 2018 00:32 (UTC +04:00)

Cənubi Koreya prezidenti Mun Çje İn ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında birbaşa danışıqlar keçirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya prezidentinin yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, Donald Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Ina məktub göndərək Sinqapurda iyunun 12-nə planlaşdırılmış görüşün baş tutmayacağı barədə məlumatlandırıb.

Mun Çje İn görüşün ləğvindən “dərin təəssüf” hissi keçirdiyi bildirərək, Şimali Koreyanın nüvəsizləşdirilməsinin təxirə salınmasının mümkünsüz olduğunu vurğulayıb.

“Mən pərt olmuşam və ABŞ-KXDR sammitinin baş tutmayacağından çox təəssüflənirəm. Dayanıqlı sülh və Koreya yarımadasının nüvəsizləşdirilməsi elə bir məsələdir ki, ondan imtina etmək və ya təxirə salmaq mümkünsüzdür”, - deyə Mun Çje İn vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR