Bakıda 3,2 milyon manatlıq dələduzluq edən şirkət rəhbərlərinin şikayəti təmin edilməyib

Bakıda 3,2 milyon manatlıq dələduzluq edən şirkət rəhbərlərinin şikayəti təmin edilməyib
# 27 dekabr 2019 10:48 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində "İdeal-V" tikinti şirkətinin dələduzluqda təqsirləndirilən direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədov barələrindəki hökmdən apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən hər iki şəxsin şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR