Cozef Ştiqlits: "Kriptovalyutalar dərhal qadağan olunmalıdır"

Cozef Ştiqlits: "Kriptovalyutalar dərhal qadağan olunmalıdır"
# 01 dekabr 2017 06:00 (UTC +04:00)

Nobel mükafatı laureatı, iqtisadçı Cozef Ştiqlits (Joseph Stiglitz) kriptovalyutaları qadağan etməyi tövsiyə edib.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, dünyaca məşhur iqtisadçı başda "bitcoin" olmaqla bütün kriptovalyutaların təhlükəli olmasına işarə edib: "Kriptovalyutalar təhlükəlidir... onların anlamı yoxdur, dərhal qadağan olunmalıdır".

C. Ştiqlits kriptovalyutaları "köpük" adlandırıb.

Xatırladaq ki, 12 min dollaradək bahalaşan "bitcoin" ötən gün 2 min dollar ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR