2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 7,495 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 28,8% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın Aİ-yə ixracı 6,230 mlrd. dollar, idxalı isə 1,265 mlrd. dollar təşkil edib. Beləliklə ixrac illik müqayisədə 36,6%, idxal isə 0,7% artıb.
Qeyd edək ki, cari ilin ilk yeddi ayında 4,965 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% artıb.