Azərbaycan prezidenti Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib - VİDEO

Azərbaycan prezidenti Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib - <span style="color: red;">VİDEO
# 25 iyun 2015 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib. Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.

Azərbaycan prezidenti rəmzi açılışı bildirən lenti kəsib və şəxsi heyətlə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR