Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə hökm oxunub

Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə hökm oxunub
# 06 iyun 2018 08:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və müavini Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Veteranlar bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Sədr və sədr müavininə Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq), 311(rüşvət alma) və 308(vəzifə səlahiyyətləri aşma) maddələri ilə ittiham irəli sürülüb.

Hər iki şəxs barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hər iki şəxs barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, birliyinin sədri Məhəmməd Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə «За боевые заслуги», “Tərəqqi” medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR