“Qala Həyat” ötən il xalis mənfəətini 50%-dən çox azaldıb

“Qala Həyat” ötən il xalis mənfəətini 50%-dən çox azaldıb
# 06 aprel 2018 11:18 (UTC +04:00)

2017-ci ildə “Qala Şığorta” ASC-nin aktivləri 14,8% azalaraq 38 mln. 944,889 min manat təşkil edib.

APA-Economics” xəbər verir ki, hesabat dövründə şirkətin cəmi öhdəlikləri 28,8% artaraq 19 mln. 937,718 min manat, cəmi kapitalı isə 7,3% artaraq 19 mln. 7,171 min manat təşkil edib.

Ötən il şirkətin investisiya gəlirləri 2 mln. 383,043 min manat, cəmi gəlirləri 29 mln. 923,660 min manat olub. Sığorta haqları 19 mln. 967,623 min manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 37,5% azdır.

“Qala Həyat” sığorta şirkətinin cəmi xərcləri ötən il üçün 28 mln. 280,902 min manat təşkil edib. O cümlədən, sığorta ödənişləri 17 mln. 678,319 min manata, təkrarsığorta üzrə haqlar 2 mln. 119,311 min manata bərabər olub.

Ötən il “Qala Həyat”ın banklarda yerləşdirilmiş depozitlərinin həcmi 34,9% azalaraq 13 mln. 751,216 min manat olub.

2017-ci ilin sonuna şirkətin nizamnamə kapitalı 12 mln. 870 min manat təşkil edib.

Qeyd edək ki, “Qala Həyat” ötən ili 1 mln. 288 min 777,18 manatlıq xalis mənfəətlə başa vurub ki, bu da 2016-cı illə müqayisədə 50,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR