Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
# 28 dekabr 2019 09:57 (UTC +04:00)

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR