Moskvada avtobus qəza törədib, 14 nəfər xəsarət alıb

Moskvada avtobus qəza törədib, 14 nəfər xəsarət alıb
# 31 yanvar 2018 07:32 (UTC +04:00)

Bu gün səhər saatlarında Moskva şəhərində içərisində sərnişinlər olan avtobus yol ayrıcına çırpılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir. Moskva şəhər Nəqliyyat İdarəsinin versiyasına əsasən qəza yolun hərəkət hissəsinin yaxşı vəziyyətdə olmaması ilə əlaqədar da baş verə bilər.

Avtobusun sərnişinləri nəqliyyat şirkətinin əməkdaşları olub. Onlardan heç biri ciddi xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR