Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini ziyarət ediblər - FOTOSESSİYA - VİDEO

Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini ziyarət ediblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 iyul 2015 11:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Milli mətbuat günündə Gəncədə çalışan mətbuat nümayəndələri Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ziyarət zamanı qeyd olunub ki, öz dövrünün ən işıqlı simalarından olmuş Əsgər ağa Gorani tarixdə maarifçi, xeyriyyəçi, publisist , tərcüməçi, hətta bir teatr xadimi kimi daxil olub. Əsgər ağa Gorani ədliyyə sistemində də çalışıb, ömrünün son 5 ilində isə Gəncə şəhər bələdiyyə idarəsinin sədri olub.

Qeyd edək ki, Ə. Gorani 1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulub. Onun “Əkinçi” qəzetinin 17 nömrəsində 39 məqaləsi dərc olunub. Ömrünün son 5 ilini Gəncə şəhər bələdiyyə sədri işləyən Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə Gəncədə biri qızlar üçün olmaqla dörd məktəb, bir xəstəxana açılıb, Sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub

Əsgər ağa Goranı 1910-cu ildə Gəncədə yerləşən “Səbiskar” qəbiristanlığında dəfn olunub. Onun qəbri regionda fəaliyyət göstərən jurnalistlərin ziyarətgahına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR