ABŞ-da qasırğa qurbanlarının sayı 5 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da qasırğa qurbanlarının sayı 5 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 27 avqust 2017 16:48 (UTC +04:00)

ABŞ-da Texas ştatında “Xarvi” tropik qasırğasının qurbanlarının sayı 5 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Houston Chronicle” qəzeti məlumat yayıb.

Hazırda qasırğa saniyədə 0,5 sürətlə cənub-şərqə doğru hərəkət edir.

***

saat 09.19

ABŞ-ın Texas ştatında “Xarvi” qasırğasının qurbanlarının sayı artır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Hyuston şəhərində bir qadın qasırğanın yol açdığı subasmanın qurbanı olub.

Bundan əvvəl “Xarvi” qasırğası Rekportda 1 nəfərin ölümünə səbəb olub. “Los Angeles Times” qəzeti sonradan yanğınsöndürmə xidmətinə istinadən Rekport departamentinin Aranzas dairəsində 3 nəfərin ölməsi barədə xəbər yaysa da, bu, rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR