Naftalanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Naftalanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
# 13 iyul 2017 22:19 (UTC +04:00)

Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Naftalanın Qaşaltı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “BMV” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Goranboy rayonu Tapqaraqoyunlu kənd sakinləri, 1989-cu il təvəllüdlü Mehrabov İsmayıl Altay oğlu, onun həmkəndliləri, 1990-ci il təvəllüdlü Əmirov Sərxan Müşviq oğlu, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu və 1990-cı il təvəllüdlü Əmirov Səxavət Müşviq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlardan İ. Mehrabovun vəziyyəti ağırdır.

Faktla bağlı Naftalan şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR