Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub
# 17 avqust 2017 09:08 (UTC +04:00)

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı, 90 ST 494 dövlət nömrə nişanlı avtomaşınla motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR