Bakıda baş vermiş avtobus qəzası nəticəsində 3 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakıda baş vermiş avtobus qəzası nəticəsində 3 nəfər xəsarət alıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 avqust 2015 23:45 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza zamanı "İsuzu" markalı 90 RB 233 dövlət nömrə nişanlı 57 saylı marşrut avtobusu və 10 LK 639 nömrəli "Wolksvagen Passat" toqquşub. Qəza nəticəsində "Passat"ın sürücüsü 22 yaşlı Kənan Ağayev ağır, sərnişinləri - 23 yaşlı Bayram Məmmədov və 23 yaşlı Leyla Məmmədova yüngül xəsarət alıblar. Yaralılar əraziyə çağırılan təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Xoşbəxtlikdən avtobusda sərnişin olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Qeyd edək ki, qəza Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsinə baş verib.

İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin işıqforun qırmızı işığında hərəkət edərək digərinin yoluna çıxması səbəb olub. Hadisəyə səbəb olmuş sürücü yaxınlıdakı təhlükəsiz şəhər kamerası vasitəsi ilə müəyyən olunacaq.

Qəza yerinə evakuator çağırıldıqdan sonra hər iki maşın cərimə meydançasına aparılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR