Reuters: Türkiyə rusdilli müsəlman mühacirlər üzərində nəzarəti sərtləşdirib

Reuters: Türkiyə rusdilli müsəlman mühacirlər üzərində nəzarəti sərtləşdirib
# 17 fevral 2017 00:20 (UTC +04:00)

Türkiyə polisi rusdilli müsəlman mühacirlər üzərində nəzarəti sərtləşdirib. APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters”in yaydığı məlumatda bildirilir. Məlumata görə, polislər Rusiya və postsovet ölkələrdən gələn bir neçə müsəlman mühacirin evində reyd keçirib.

Reydlər zamanı radikal dindar olduğu bildirilən bir neçə miqrant saxlanılıb, bir neçəsi isə ölkədən çıxarılıb.

Məlumatda qeyd olunur ki, rusdilli müsəlman mühacirlər üzərində nəzarət İŞİD-in ölkə ərazisində bir neçə terror aktı törətməsindən sonra sərtləşdirilib.

Xatırladaq ki, İstanbulda yanvarın 1-nə keçən gecə Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov “Reina” gecə klubuna hücum edərək 39 nəfəri qətlə yetirib. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR