Lənkəranda dənizdə bir nəfər boğulub, daha biri xilas edilib - YENİLƏNİB

Lənkəranda dənizdə bir nəfər boğulub, daha biri xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2018 20:44 (UTC +04:00)

Lənkəranda dənizdə 1 nəfər boğulub, daha biri xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1 nəfər xilas edilib, digər 1996-cı il təvəllüdlü Aslanov Şəmsəddin Rahim oğlu sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.

***

21:38

Lənkəranda 3 nəfər dənizdə çimərkən batıb.

APA-nın cənub bürosunun məlumatına görə, onlardan iki sudan sağ çıxarılıb, digərinin axtarışları davam edir.

Hadisə rayon ərazisində qeydə alınıb. Dənizdə boğulanlardan biri - rayon sakini 1995-ci il təvəllüdlü Şəmsəddin Rahim oğlu Aslanovun sudan sağ çıxarılsa da xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Digər şəxs isə sudan sağ çıxarıldıqdan sonra, qaçaraq ərazidən uzaqlaşıb.

Dənizdə batan üçüncü şəxsin axtarışları isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR