Şəki sakinindən 1 kiloqramdan çox narkotik götürülüb

Şəki sakinindən 1 kiloqramdan çox narkotik götürülüb
# 30 mart 2018 08:29 (UTC +04:00)

Şəkidə 1 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, martın 29-da Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Rafiq Adilov şəhər ərazisində saxlanılıb və şübhəli şəxs kimi Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbanın içərisində çəkisi 1 kq 05 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0.312 qr heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR