FHN “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib - FOTO - YENİLƏNİB

FHN “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib - FOTO - YENİLƏNİB
# 18 dekabr 2019 19:59 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd oteldə baş vermiş şərti yanğının mənbəyinin müəyyən olunması, kəşfiyyatın aparılması, zərərçəkmişlərin xilas olunması, otel personalının, eləcə də qonaqların toplanış yerinə cəlb olunmaqla təxliyəsinin təşkili, yanğının operativ söndürülməsi və təxliyə qaydalarının şəxsi heyətə öyrədilməsindən ibarət olub.

Təlimin birinci mərhələsi otelin işçi heyəti üçün baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilk zəruri addımlar barədə maarifləndirici xarakterli mühazirə-seminardan ibarət olub.

İkinci mərhələ isə FHN-in qüvvələrinin hadisə yerinə yönəldilməsi, insanların təxliyə olunması və yanğının söndürülməsinin təşkilindən ibarət olub.

Təlimə ümumilikdə FHN-in 3 ədəd xüsusi texnikası və 24 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

***

Saat 14:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirəcək .

FHN-dən APA-ya verilən məlumata görə, dekabrın 18-də saat 15:00-da baş tutacaq yanğın-taktiki təlimə nazirliyin 3 ədəd xüsusi texnikasının və 24 nəfər canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR