Azərbaycanda ana doğuşdan sonra ölüb

Azərbaycanda ana doğuşdan sonra ölüb
# 11 mart 2019 14:02 (UTC +04:00)

Şəmkirdə ana doğuşdan sonra dünyasını dəyişib.

ONA-nın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbə xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Qaraçəmirli kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Nəsib qızı İbrahimova martn 11-də saat 18:00-da doğuş üçün xəstəxanaya müraciət edib. Uşaq dünyaya gələndən bir saat sonra ananın səhhəti qəfildən pisləşib və o dünyasını dəyişib.

Məlumatla əlaqədar Şəmkir rayon Prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hadisə şahidlərinin ilkin izahatları alınıb və müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR