“Qarabağ” qapıçısını geri qaytarıb

“Qarabağ” qapıçısını geri qaytarıb
# 11 yanvar 2020 11:41 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubu heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, icarə müddəti başa çatdığı üçün komandanı tərk edən Asmir Beqoviçin gedişindən sonra Azərbaycan çempionu qapıçılarla bağlı problemini həll edib.

Bosniya və herseqovinalıdan sonra düşərgədə iki qolkiperlə – Vaqner Silva və Şahruddin Məhəmmədliyevlə qalan ağdamlılar Nicat Mehbalıyevi geri qaytarıb. Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən gənc qolkiper yenidən “Qarabağ"a qayıdıb. O, artıq komandayla məşqlərdə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR