Aleks Ferqyusson komadan ayılıb

Aleks Ferqyusson komadan ayılıb
# 08 may 2018 15:23 (UTC +04:00)

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyussonun səhhəti yaxşılaşır. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, beyninə qan sızdığı üçün əməliyyat olunan şotlandiyalı mütəxəssisin vəziyyəti yaxşıya doğru gedir.

Ferqyussonun ötən gün komadan ayıldığı və ilk olaraq, qohumları və dostları ilə söhbətləşdiyi bildirilir. Qohumların sözlərinə görə, 76 yaşlı sabiq çalışdırıcının bədəni müalicəyə müsbət cavab verir. Buna rəğmən, həkimlər bərpa prosesinin uzun müddət davam edəcəyini deyiblər.

27 il “Mançester Yunayted”ə rəhbərlik edən Ser Aleks Ferqyuson bu müddət ərzində 13-ü İngiltərə çempionluğu və 2-si Çempionlar Liqası olmaqla, ümumilikdə 38 titul qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR