Gürcüstan Müdafiə Nazirliyi: Şida Kartlidə qeydə alınan helikopterlər Türkiyəyə məxsusdur və Azərbaycana uçub

Gürcüstan Müdafiə Nazirliyi: Şida Kartlidə qeydə alınan helikopterlər Türkiyəyə məxsusdur və Azərbaycana uçub
# 28 avqust 2015 08:12 (UTC +04:00)

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbər görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində bildirilib.

“Rusiya helikopterlərinin Gürcüstan hava məkanını pozması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Şida Kartli regionunda qeydə alınmış helikopterlər Türkiyə Silahlı Qüvvələrinə məxsusdur və onlar Gürcüstanın icazəsi ilə Azərbaycan istiqamətində uçublar”.

Qeyd edək ki, Gürcüstan mediasında Rusiyaya məxsus 2 hərbi helikopterin Gürcüstan üzərindən uçması barədə xəbərlər yayılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR