MSK: Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 900 nəfərə çatır

MSK: Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 900 nəfərə çatır
# 03 aprel 2018 09:03 (UTC +04:00)

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-dan APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 58 təşkilat və 59 ölkədən 871 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 56 min 864 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR