Bakı-2015: Azərbaycan boksçusu Avropa Oyunlarının finalına çıxıb - VİDEO

Bakı-2015: Azərbaycan boksçusu Avropa Oyunlarının finalına çıxıb - <span style="color: red;">VİDEO
# 24 iyun 2015 17:43 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 81 kq çəkidə Azərbaycanı təmsil edən Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxıb. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyagin önündə də uğurlu seriyasını davam etdirib. O, hər 3 raundu xeyrinə bitirərək (29:28; 29:28; 29:28), finala vəsiqə qazanan ilk boksçumuz olub.

Məmmədov çempionluq üçün italiyalı Valentino Manfredonia ilə üz-üzə gələcək. Həlledici döyüş sabah saat 19:00-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR