Səudiyyə Ərəbistanının hərbçisi Yəmənlə sərhəddə atışma zamanı ölüb

Səudiyyə Ərəbistanının hərbçisi Yəmənlə sərhəddə atışma zamanı ölüb
# 25 dekabr 2016 12:06 (UTC +04:00)

Yəmənlə sərhəddə atışma zamanı Səudiyyə Ərəbistanının Sərhəd Qoşunlarının əsgəri ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi həyatını itirən hərbçinin ölkənin cənub-qərbindəki Asir rayonunda postlardan birində xidmət apardığını açıqlayıb.

Yəməndə olan qiyamçı husilər gecə saatlarında Səudiyyə Ərəbistanının sərhəddəki postuna hücum edib. Atışma zamanı hərbçi ağır yaralanaraq həyatını itirib.

Qeyd edək ki, Yəməndə qiyamçı husilərlə hökumət tərəfdarları arasında silahlı toqquşmalar 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanı 2015-ci ildə Yəmən hökumətini dəstəkləmək üçün qiyamçı husilərə qarşı hava hücumlarına başlayıb. Husilər cavab olaraq Səudiyyə Ərəbistanının sərhəd rayonlarını atəşə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR