İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb

İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb
# 26 noyabr 2017 16:02 (UTC +04:00)

Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR