OPEC-in Vyanada keçiriləcək toplantısında təşkilatın uzunmüddətli strategiyasına baxılacaq

OPEC-in Vyanada  keçiriləcək toplantısında təşkilatın uzunmüddətli strategiyasına baxılacaq
# 02 noyabr 2016 21:19 (UTC +04:00)

Noyabrın 30-da Vyanada, OPEC-ə üzv ölkələrin sayca 171-ci görüşündə təşkilatın uzunmüddətli strategiyasına baxılacaq.

APA-Economics-in xəbərinə görə, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

“Sənəddə üç əsas məqsəd müəyyən ediləcək, energetika sahəsində mümkün ssenarilər və təşkilatın qarşısında duran əsas məsələlərə toxunulacaq" – məlumatda deyilir.

Sənədin məzmunu açıqlanmır, lakin bundan əvvəlki versiyalarda uzunmüddətli perspektivdə neftin qiyməti ilə bağlı proqnoz verilir, neft bazarının sabitləşməsinə dair təkliflər yer alırdı.

Qeyd edək ki, OPEC-in noyabr sammitində həmçinin neft hasilatının məhdudlaşdırılmasına dair yekun qərarın veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR