Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib

Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib
# 14 may 2018 11:48 (UTC +04:00)

Masallıda yanacaqdoldurma məntəqəsi qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1448 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdalarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR