Naxçıvan sakini əvvəllər məhkum olunmuş qohumunu öldürüb

Naxçıvan sakini əvvəllər məhkum olunmuş qohumunu öldürüb
# 05 yanvar 2017 08:55 (UTC +04:00)

Bakıda daha bir qətl törədilib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R. Cəfərov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Fərəcov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR