Millət vəkili: “Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Avropanın gələcəyini təmin edir”

Millət vəkili: “Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Avropanın gələcəyini təmin edir”
# 05 dekabr 2017 11:16 (UTC +04:00)

“Son zamanlar Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Avropanın gələcəyini təmin edir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Türkiyə parlamentinin Avropa İttifaqı ilə uyğunlaşma komitəsinin sədri Mehmet Kasım Gülpınar deyib. O bildirib ki, bu təminata görə Avropa İttifaqı hər üç ölkəni yaxından müdafiə etməlidir.

Millət vəkili qeyd edib ki, Avropa İttifaqının təməlində iqtisadiyyat dayanıb: “Avropada miqrantlara bağlı yaşanmış böhrana səbəb iqtisadi problemlərdir. İqtisadiyyat, ən əsas da enerji resursları olmadan hər hansı birliyin mövcud olması mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR