Sumqayıtda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Sumqayıtda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 29 dekabr 2019 21:18 (UTC +04:00)

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, o, Şamaxı rayon sakini, 1977-ci il təvvəllüdlü Qarayev Sahib Rəsul oğludur.

***

27 dekabr, saat 21:22

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində küçədə 35-40 yaşlarında kişi meyiti tapılıb.

APA xəbər verir ki, tapılan meyitin şəxsiyyəti məlum deyil.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Aparılan ilkin müayinə zamanı onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR