Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxs tutulub

Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxs tutulub
# 13 aprel 2018 09:34 (UTC +04:00)

Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabı və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR