Azərbaycan Türkiyəyə qaz ixracını 6% artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını 6% artırıb
# 27 fevral 2017 09:45 (UTC +04:00)

Azərbaycan 2016-cı ildə "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-1" çərçivəsində Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 5,6% çoxdur. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.

Ötən ilin dekabr ayında Azərbaycan bu ölkəyə 594,51 mln. kubmetr qaz ixrac edib. Hesabat ayında boru kəmərləri ilə qaz tədarükünün ümumi həcmində 13,8% Azərbaycan qazının, qalan həcm isə İran və Rusiyadan tədarükün payına düşüb.

2015-ci ildə Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. "Şahdəniz" layihəsinin iştirakçıları BP (operator - 28,8%), "Petronas" (15,5%), SOCAR (16,7%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

"Mərhələ-1" çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR