Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır
# 23 avqust 2015 11:55 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq.

Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR