Trampla Poroşenko arasında telefon danışığı olacaq

Trampla Poroşenko arasında telefon danışığı olacaq
# 04 fevral 2017 01:01 (UTC +04:00)

Bu gün ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı baş tutacaq

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

Ötən ilin noyabrında tərəflər təkbətək görüşün keçirilməsinə dair razılığa gəliblər. Poroşenko Trampı Ukraynaya səfər etməyə dəvət edib.

Ağ Evin məlumatında həmçinin bildirilir ki, bazar günü, fevralın 5-də prezident Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberq və İtaliyanın baş naziri Paolo Centiloni ilə telefonla danışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR