"ABB-Moskva"nın kapitalı 4% artıb

"ABB-Moskva"nın kapitalı 4% artıb
# 03 avqust 2017 10:41 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-nin məcmu kapitalı cari ilin iyul ayının 1-nə 6 mlrd. rubl təşkil edir.


"APA-Economics" xəbər verir ki, ilin ilk yarısında bankın kapitalı 3,8% artıb.


İyulun 1-nə bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 27,6%, II dərəcəli kapitalının adekvatlıq əmsalı isə 10% təşkil edir.

"ABB-Moskva" 2002-ci ilin yanvarında təsis olunub. 2004-cü ildən etibarən bank Rusiyanın Əmanətlərin Sığortalanması Sisteminə daxil olunub. Hazırda bankın səhmlərinin 100%-i ABB-yə məxsusdur.

* 1 rubl = 0,0281 manat

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR