Maykl Flinn Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib

Maykl Flinn Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib
# 01 dekabr 2017 18:14 (UTC +04:00)

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Donald Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə ABC News xəbər verib.

Telekanalın məlumatına əsasən, o, şəxsən Trampın Rusiya ilə əlaqəyə girməyi istədiyini bildirib.

Bundan əvvəl Maykl Flinn etiraf edib ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verib.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR